Mingəçevirdə elektrik naqillərini oğurlayan şəxs tutulub


10:15     10 İyun 2019 hebs_58.jpg

Mingəçevirdə elektrik naqillərinin oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, iyunun 9-da Mingəçevir şəhər sakini ona məxsus həyət evindən naməlum şəxs və ya şəxslər tərəfindən elektrik naqillərinin oğurlanması barədə şəhər Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxsin 22 yaşlı şəhər sakini Bəhruz Səmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Faktla bağlı şəhər Polis şöbəsində saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 265