Bakıda DƏHŞƏT - Xəstəxananın həyətində arvadının boğazını kəsdi


10:21     10 İyun 2019 2019/06/qadin-bicaq_1560148041.jpg

Bakıda ər arvadının boğazını kəsib.



Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Qətl   #Ölüm    

Oxunub: 1151