“Ege” hospitalda ölüm: Bu dəfə xarici vətəndaş


10:45     10 İyun 2019 19_06_10_1560149146.jpg


Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.


Femida.az-ın Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege” hospitalında qeydə alınıb.

Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər: #hospital  

Oxunub: 438