Türkiyədə gəmi batdı: 2 nəfər boğuldu


11:14     10 İyun 2019 19_06_10_1560150932.jpg

Türkiyənin Bursa vilayətində gəmi batıb.

Femida.az xəbər verir ki, insident nəticəsində azı 2 nəfərin batdığı bildirilib.

8 nəfərin Türkiyə sahil mühafizə xidməti tərəfindən xilas edildiyi qeyd edilir. Xilas edilənlər arasında əcnəbilərin də olduğu bildirilir, lakin onların vətəndaşlığı açıqlanmır.

Gəmidə hansı səbəbdən qəza baş verməsi və batması barədə hələ məlumat verilmir.

Hazırda suda batanların meyitlərinin tapılması istiqamətində iş aparılır.

Açar sözlər:

Oxunub: 336