Rusiyadan gətirilən ətir və siqaretlər Azərbaycanda saxlanılıb


11:36     10 İyun 2019 2019/06/27823-1560151350_1560152317.jpg

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Xanoba" gömrük postuna daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21041" markalı avtomobilə gömrük baxışı keçirilib.


Komitədən Femida.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin ön panelinin içində, yük yerinin gizli saxlanc hissəsində gömrük orqanından gizlədilən, üzərində "İncandessenc Avon" yazılan 37 ədəd ətir, 35 ədəd ətir üçün kataloq və üzərində "Marlboro" yazılan 600 ədəd siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 344