Lombarda qızıl qoyub kredit götürənlər üçün VACİB MƏLUMAT


12:02     10 İyun 2019 2019/06/lombard_1560153946.jpg

Gündəlik həyatımızda tez-tez "qızıllarımı lombarda qoydum,pul götürdüm" və s. kimi ifadələrə rast gəlirik.


Bəs bunun hüquqi yollarını və hüquqlarımızı nə dərəcədə bilirik?

Femida.az bununla bağlı oxuculara hüquqi maarifləndirmə yazısını təqdim edir.

Kimlər lombard işlədə bilər?

Azərbaycan Respublikasının Mülki Məcəlləsi 302 maddəsinə əsasən, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər.


Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.
Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur.
Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər.
Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.


Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #hüquq   #xəbərlər   #kredit  

Oxunub: 3796