İlham Əliyev Qazaxıstanın yeni dövlət başçısını təbrik edib
12:41 10 İyun 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
Femida.az-ın məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Qazaxıstan münasibətləri xalqlarımızın ortaq tarixi, milli, mənəvi köklərindən qaynaqlanır. İnanıram ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".
Femida.az
Oxunub: 293
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib