Azərbaycanda 50 yaşlı kişiyə qadın paltarı geyindirdilər - Oğlunun hərəkətinə görə

Azərbaycanda 50 yaşlı kişiyə qadın paltarı geyindirdilər - Oğlunun hərəkətinə görə


13:43     10 İyun 2019 polis.jpg


Zərdab rayonunda 50 yaşlı kişi oğlunun hərəkətinə görə alçaldılıb.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Körpükənd kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri 33 yaşlı R.Babayev, 42 yaşlı Z.Əhmədov, 44 yaşlı T.Babayev və 25 yaşlı H.Həsənzadə həmkəndliləri olan 50 yaşlı M.Kərimovu kəndin mərkəzinə çağırıb. Orada ona “sənin oğlun bizim qadın qohumumuzun telefon nömrəsini qonşu kənddən olan kişiyə verib” deyərək M.Kərimovun əyninə zorla qadın paltarı geyindirib və başına yaylıq bağlayıblar.

M.Kərimovun oğlunun (onun 26 yaşı var) nömrə verdiyi deyilən şəxs isə 29 yaşlı R.Zeynalovadır. Hadisə zamanı onun avtomobili kənddə olub. Qəzəbli şəxslər onun avtomobilini aşırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları R.Babayev, Z.Əhmədov, T.Babayev və H.Həsənzadəni saxlayıb, fakt üzrə araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Zərdab   #qadın   #ailə  

Oxunub: 2427