Bu günədək 187 ton yaş barama tədarük olunub
14:27 10 İyun 2019
İyunun 10-a olan məlumata əsasən, ölkə üzrə 187,4 ton yaş barama tədarük olunub. Bu kifayət qədər yüksək göstəricidir.
Femida.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib. O bildirib ki, ən çox yaş barama tədarükü Zərdab və Füzuli rayonlarındadır.
“Bunun ardınca Zaqatala, Kürdəmir, Şəki və digər rayonlarda yaş barama tədarükü geniş şəkildə həyata keçirilir. 38 rayonda baramanın tədarükü aparılır. Onlardan artıq 29 rayon yaş baramanı “Azəripək” MMC-ə təhvil verməyə başlayıb. Təxminən 3 həftə ərzində prosesi yekunlaşdırmağı nəzərdə tuturuq. 2019-cu il üçün ölkədə yaş barama istehsalını 800 tona çatdırmaq hədəf kimi qoyulub. Aparılmış monitorinq göstərir ki, proses başa çatdıqdan sonra əldə edilən nəticə proqnoz göstəricilərindən yüksək olacaq”.
Femida.az
Oxunub: 290
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir