Bu günə qədər 181 min hektar sahədə taxıl biçilib

Bu günə qədər 181 min hektar sahədə taxıl biçilib


14:35     10 İyun 2019 taxil1.jpg

Bu günə qədər Azərbaycanda 171 231,7 hektar ərazidə arpa, 10 254,3 hektar ərazidə isə buğda biçini aparılıb.


Femida.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir.

Bununla da ümumi göstərici 181 486 hektar təşkil edir.

Ümumilikdə bu günə qədər ölkə üzrə 528 743,2 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.

Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 286 45 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax və Bərdə rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Ölkə üzrə taxıl biçininə 1 348 kombayn cəlb olunub. Bunlardan 511-i “Aqrolizinq” ASC-nin balansında olan kombaynlardır. Arpa biçininə cəlb olunan digər kombaynlar isə fiziki və hüquqi şəxslərə məxsusdur. “Aqrolizinq”in kombaynları ilə 71 710 hektar, fiziki və hüquqi şəxslərdə olan kombaynlarla 1 109 776 hektar sahə biçilib.

Açar sözlər:

Oxunub: 91