Gənc gimnastımız Qazaxıstanda medal qazanıb


14:46     10 İyun 2019 2019/06/761851_1560163627.jpg

Bu həftəsonu Qazaxıstanın Şimkənt şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.



Azərbaycan Gimnastika Federasiyasından Femida.az-a verilən məlumata görə, turnirdə, gənclər arasında ölkəmizi təmsil edən Nərmin Bayramova çoxnövçülük proqramında 63.050 xal toplayaraq, bürünc medal qazanıb.

Böyük gimnastlar arasında Yelizaveta Luzan çoxnövçülük proqramında 58.050 xalla turniri 4-cü, komanda yoldaşı Fatimə Əkpərova isə 55.850 xalla 6-cı yerdə bitirib.

Femida.az

Açar sözlər:

Oxunub: 354