3 uşağın öldüyü partlayışa görə vəzifəli şəxslərə cinayət işi açıldı


15:57     10 İyun 2019 19_06_10_1560167874.jpg

Masallıda 3 uşağın ölümü ilə nəticələnən partlayışa görə “Azəriqaz”ın vəzifəli şəxsləri cinayət işinə cəlb olunub.


Femida.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, partlayışla bağlı xidmət rəisi İdrak Əsədli, xidmət mühəndisi Əlpənah Əhədov və nəzarətçi çilingər Məhəmməd Nuriyev təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunub. Lakin onların heç biri istintaq dövründə həbs edilməyib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, həmin hadisə ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb və martın 7-də baxılması üçün aidiyyatı üzrə Masallı rayon məhkəməsinə göndərilib.

Xatırladaq ki, ötən ilin dekabr ayında rayonun Sığıncaq kəndində baş verən qaz sızması nəticəsində 13 yaşlı Əli Müseyibov, 8 yaşlı qardaşı Məhəmməd Müseyibov və dayısı oğlu 12 yaşlı Sənan Kərimov dünyasını dəyişib.

Qeyd edək ki, hadisədən öncə dəfələrlə “Azəriqaz”a qaz sızması olması barədə şikayət edilsə də, hər hansı tədbir görülməmişdi.

Açar sözlər:

Oxunub: 396