15 minlik qızıl oğurlayan qadınlar tutuldu


16:29     10 İyun 2019 qadin%20ogurluq.jpg

Paytaxtın Xəzər rayonunda evdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsinin və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisindəki evlərin birindən 200 manat və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən P.Nadirova və qrupun digər üzvü - Yevlax şəhər sakini F.Abdullazadə saxlanılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 264