Nigeriyada kənd əhalisinə hücumlar zamanı 43 nəfər ölüb


18:02     10 İyun 2019 19_06_10_1560169869.jpg

Nigeriyada silahlı qruplaşmaların həftə sonu kəndlərə etdiyi bir neçə hücum nəticəsində azı 43 nəfər həlak olub.


Femida.az AFP-yə istinadən xəbər verir ki, bu barədə polis xəbər yayıb.

Məlumata görə, kənd sakinlərinə ilk hücum ötən gün Sokoto şəhərindən 100 km uzaqlıqda baş verib. Nəticədə 25 nəfər həyatını itirib.

Sokoto ştatda baş vermiş daha bir hücum zamanı isə 18 nəfər ölüb. Bildirilir ki, hücumları mal-qaranı oğurlayan quldur dəstələri həyata keçirib.

Açar sözlər:

Oxunub: 551