Zərif İsrailə xəbərdarlıq etdi: Təhdidləri cavabsız qalmayacaq


17:50     10 İyun 2019 19_06_10_1560174116.jpg

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İsrailin İran xalqına ünvanlanan təhdidlərinin yolverilməz olduğunu bildirib.

Bu barədə “The Jerusalem Post” yazır.

İranlı diplomat İsrail Baş naziri Benyamin Netanyahunun İranı məhv etməklə bağlı təhidinin cavabsız qalmayacağını söyləyib. Zərif Yaxın Şərqdə baş verən münaqişələrin əsas mənbələrinin ABŞ və İsrail olduğunu vurğulayıb və amerikalıları bütün regiona qarşı cinayətlərdə ittiham edib.

Zərif bu bəyanatları almaniyalı həmkarı Hayko Maasla görüşü zamanı səsləndirib. Diplomatlar Vyanada 2015-ci ildə bağlanmış nüvə sazişinin gələcək aqibətini müzakirə edib.

Bundan əvvəl iyunun 5-də ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların keçiriləcəyini istisna etməmişdi.

Açar sözlər:

Oxunub: 368