Gəncədə oğlunu döyən ataya CİNAYƏT İŞİ AÇILDI


20:06     10 İyun 2019 19_06_10_1560182888.jpg

Gəncə şəhərində 14 yaşlı oğlunu döyən ata barəsində cinayət işi başlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyunun 3-də 14 yaşlı oğlunu taxta ilə döyən 1972-ci il təvəllüdlü İlham Məmmədov polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, İ.Məmmədov sərxoş halda yeniyetmə övladını taxta parçası ilə döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Femida.az

Açar sözlər: #Gəncə  

Oxunub: 527