DİQQƏT! Bu yollarda rənglənmə işləri aparılır


21:30     10 İyun 2019 2018/09/rengleme-zolaq_1537428417.jpg

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu axşam 21:00-dan Binəqədi-Mehdiabad, Mehdiabad-Digah-Məhəmmədi, Məhəmmədi-Zabrat, Zabrat-Maştağa-Buzovna avtomobil yollarında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Bu barədə Femida.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 340