Qadın ticarət mərkəzindən geyim oğurladı


09:09     11 İyun 2019 ogruqadin20150926.jpg

Nərimanov rayonunda yerləşən ticarət mərkəzində qadın tərəfindən oğurluq hadisəsi törədilib.

Femida.az-ın xəbərinə görə, ötən gün axşam saatlarında 1992-ci il təvəllüdlü Quliyeva Xalidə Cəbrayıl qızı geyim dükanından 83 manat məbləğində paltar əşyaları oğurlayıb.

O, ticarət mərkəzinin mühafizəçiləri tərəfindən tutularaq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 259