ABŞ-dan Türkiyəyə ağır zərbə: “F-35” pilotları uzaqlaşdırıldı


09:15     11 İyun 2019 19_06_11_1560230181.jpg

ABŞ-ın Arizona ştatında yerləşən “Lyuk” hava bazasında “F-35” qırıcı-bombardmançılarının idarəolunması üzrə hazırlıq kursu keçən türkiyəli pilotlar təlimlərdən kənarlaşdırılıb.

Bu haqda RİA Novosti məlumat verir.

Bundan əvvəl “Foreign Policy” nəşri, Türkiyəli pilotların ölkəni tərk etməsinə 31 iyula kimi vaxt verildiyini və bu barədə Pentaqon rəhbəri Patrik Şenahanın türkiyəli həmkarı Hulusi Akarı məlumatlandırdığı bildirilirdi.

Pilotların təlimlərdən kənarlaşdırılması Vaşinqtonla Ankara arasında “S-400” zenit-raket kompleksləri ilə bağlı soyuq yellərin əsdiyi bir vaxta təsadüf edir. Tramp administrasiyası Ankaranı Rusiyadan “S-400” zenit-raket kompleksləri almaq fikrindən daşındırmağa çalışır.

Açar sözlər:

Oxunub: 389