Bakıda avtomobil magistral yolda belə “uçdu” – REAL VİDEO


09:34     11 İyun 2019 1385526488qeza_avto_00.jpg

Bakıda baş vermiş dəhşətli qəza təhlükəsiz şəhər kameralarına düşüb.


Femida.az Avtosfer.az-a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil qəfildən idarəetməni itirərək yolun sağındakı arakəsməyə dəyir. Ardınca sola istiqamətlənən maşın orta arakəşmənin üstündən keçərək əks yola düşür və çevrilir.

Təbii ki, yüksək sürət qəzanın əsas səbəbidir. Sürücülər birdəfəlik anlamalıdır ki, avtomobil şüurlu varlıq deyil. Dəmir istənilən an nasaz ola bilər və nəticədə həyatınızı, doğmalarınızı itirə bilərsiniz.

Videonu təqdim edirik:


Açar sözlər: #qəza  

Oxunub: 1076