Vaşinqtonda Azərbaycan Milli Günü bəyan edilib


10:06     11 İyun 2019 2019/06/der-1560233042_1560233399.jpg

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalanıb.


Azərbaycanın ABŞ-dakı səfirliyindən Femida.az-a verilən məlumata görə, Bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilir.

Azərbaycan Respublikasının ABŞ-dakı hazırkı səfiri Elin Süleymanov və digər əvvəlki iki səfir fəallıq nümayiş etdirmiş və Vaşinqtonda böyük maraq göstərirlər.

Azərbaycanın ABŞ-dakı Səfirliyinin Vaşinqton şəhəri ilə tərəfdaşlıq etdiyini və şəhərin təhsil və mədəniyyətin müxtəlifliyinə öz töhfələrini verdiyi vurğulanır.

Mer Bouzer imzaladığı bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 101-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirir.



Femida.az

Açar sözlər:

Oxunub: 376