Qəbələdə ağır qəza - 1 ölü 3 yaralı


11:20     11 İyun 2019 qeza_yeni.jpg

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadiəsi baş verib.

Femida.az-in məlumatına görə, hadisə ötən gecə Nic qəsəbəsində saat 05 radələrində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlar Qəbələ rayonu Nic qəsəbə sakini 1973-cü il təvəllüdlü Boyacari Boris Baqroviç onurğanın yumşaq toxumalarının əzilməsi, Uludaş kənd sakini 1961-ci il təvəllüdlü Zeynalov İzafəddin Nəcməddin oğlu sağ said sümüyü və sol qabırğaların sınığı, üçüncü şəxs isə Nic qəsəbə sakini 1999-cu il təvəllüdlü Boyacari Dmitriy Borisoviç birinci boyun fəqərəsinin yarım çıxığı xəsarətləri alıblar. Qəzada dünyasını dəyişən isə 1997-ci il təvəllüdlü Mirzəbəyli kənd sakini Muradov Şahmurad Qorxmaz oğludur.

İ.Zeynalov və D.Boyacari müalicə üçün Qəbələdən Bakıya müalicəyə gətiriliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 385