Oğlunu döyən atayla bağlı prokurorluqdan açıqlama


11:56     11 İyun 2019 2019/06/e87a5433-7f74-490c-bb4c-10c8db8eeeb3_675_1560239904.jpg

Xəbər verdiyimiz kimi, Gəncə şəhər sakini 2005-ci il təvəllüdlü Oqtay Nəbiyevi (ad, soyad şərtidir) döyən atası saxlanılıb.



Gəncə şəhər prokurorluğundan Femida.az-a verilən məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhər Nizami Rayon Polis İdarəsində aparılmış ilkin araşdırma zamanı dərhal hadisə yerinə baxış keçirilib, hadisənin şahidlərinin izahatları alınıb və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Fakta görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayətin İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 716