İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ: Sənəd qəbulu...


12:11     11 İyun 2019 muellime%20femida.az.jpg

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.


Təhsil Nazirliyindən Femida.az-a verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6334 namizəd elektron ərizəsini təsdiqləyib, 127 namizədin müraciətinə isə mövcud səbəblərdən imtina verilib.

Elektron müraciətini təsdiq etmiş namizədlərin ərizələri araşdırıldıqdan sonra şəxsi səhifələrinə məlumat göndəriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 285