Təmir zamanı yaratdığı səs-küyə görə qonşudan ŞİKAYƏT ETMƏK OLARMI?

Təmir zamanı yaratdığı səs-küyə görə qonşudan ŞİKAYƏT ETMƏK OLARMI?


12:51     11 İyun 2019 19_06_11_1560243155.jpg


Xüsusilə Bakı sakinləri üçün MTK-larda yaşamaq son dövrlərin dəbinə çevrilib. MTK-lar tərəfindən tikilən evlərin isə əksər hallarda vətəndaşlara təmirsiz satılması genişmiqyaslı təmir işlərini vacib edir.

Təbii ki, bütün binaya sakinlər eyni anda köçmədiyindən daha tez gələnlər özlərindən sonra gələn sakinlərin təmir səs-küyünə dözməli olur. Düzdür, MTK-lar adətən təmir vaxtı kimi istirahət və bayram günlərini çıxmaq şərti ilə tlnız 9:00-18:00 aralığında səs-küylü təmir işi aparılmasına icazə verir. Lakin bəzən bu qaydalara əməl etməyən vətəndaşlar da olur.

Qonşunun evində apardığı təmir zamanı yaranan səs-küyə görə şikayət etmək olarmı? Hansi hallarda bu şikayət qəbuledilməzdir?

İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması tənzimlənir.

Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Həftənin şənbə və bazar günləri ustaların işləməsi bu məsuliyyətə səbəb ola bilər. Həftəiçi isə axşam saatlarında aparılan təmir işləri məsuliyyət yaradır. Digər hallarda qonşuların təmirə görə yaranmış səs-küy üçün irad tutma hüququ yoxdur.
Qeyd edək ki, hər gün təmir aparıldıqdan sonra binanın blokuna, həyətə, liftin qarşısına yığılan zibilləri təmizləmək təmir aparan şəxslərin vəzifəsidir.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #qanun   #təmir   #qonşu  

Oxunub: 2150