Putin Ermənistana gedəcək

Putin Ermənistana gedəcək


14:59     11 İyun 2019 putin9.jpg


Rusiya prezidenti Vladimir Putinin oktyabrın 1-də Yerevana səfəri planlaşdırılır.


Femida.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, V.Putin Avrasiya İqtisadi Şurasının Yerevanda keçiriləcək iclasında iştirak edəcək.

Səfir həmçinin qeyd edib ki, 2018-ci ildə Rusiya-Ermənistan arasında ticarət dövriyyəsi 11 faiz artaraq 2 milyard ABŞ dolları təşkil edib.

Femida.az

Açar sözlər: #Putin   #Rusiya   #siyasət  

Oxunub: 130