Rusiyada azərbaycanlı gənci öldürüb meyitini yandırdılar


15:04     11 İyun 2019 19_06_11_1560251113.jpg

Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib.


Femida.az Modern.az-a istinadən xəbər verir ki, 30 yaşlı Elmir Əhmədovun cəsədi gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində “Qazel” markalı avtomobildə aşkar olunub.

“Qazel” yandığı üçün Elmir Əhmədovun cəsədi tanınmaz hala düşüb. Onun öldürüldükdən sonra avtomobilinə od vurulduğu ehtimal olunur.

Hazırda Samara Prokurorluğu faktla bağlı araşdırma aparır.

Açar sözlər:

Oxunub: 326