Bakıda maşın ikiyə bölündü, sürücü sağ qaldı - VİDEO


15:36     11 İyun 2019 19_06_11_1560253042.jpg

Bakının Qaradağ rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.


Qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.

Ələt qəsəbəsində qeydə alınan qəzada yüksək sürətlə hərəkətdə olan “Lada Priora” markalı avtomobilin sürücüsü idarəetməni qəfil itirib və maşın işıq dirəyinə, daha sonra yol kənarındakı dayanacağa çırpılıb.

Zərbənin təsirindən avtomobil ikiyə bölünüb. Qəza zamanı sürücünün xəsarət alaraq, xəstəxanaya çatdırıldığı bildirilir.


Açar sözlər: #qəza  

Oxunub: 1231