Paşinyan Qarabağ separatçılarının pulunu kəsdi - Bir qəpik də verməyəcəm
15:54 11 İyun 2019
İşğal altında olan Dağlıq Qarabağ regionunda separatçılarla Ermənistan hakimiyyəti arasında gərginlik davam edir.
Femida.az ölkə.az-a istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan işğal altında olan Qarabağın "hökumət"inə etibar etmir və hətta onları müharibəyə təhrik etməkdə təqsirləndirir. Erməni mətbuatının yazdığına əsasən, yaxın günlərdə Qarabağ separatçılarının başçısı Bako Saakyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyanı yanına çağıraraq, ondan istefa ərizəsi yazmasını tələb edib. Saakyan bunu Ermənistan hakimiyyətinin göstərişi olması ilə əsaslandırıb.
Ermənistan hakimiyyəti artıq iki aydır Qarabağ separatçılarının maliyyə yardımı ilə bağlı sorğularına rədd cavabı verir. Ermənistan hakimiyyəti Vitali Balasanyanın "vəzifə"də qalacağı müddətdə separatçılara bir qəpik belə verməyəcəyinə açıq eyham vurub.
Nəşrin mənbəsinin dediyinə görə, Ermənistan ilk dəfə olaraq separatçılara qarşı maliyyə sanksiyası tətbiq edib.
Oxunub: 399
Oxşar xəbərlər
- Paşinyanın avtomobil karvanının cinayət törədən sürücüsü cəzasız qalıb
- Paşinyan Aİ-nin nümayəndəsi ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib
- Paşinyan Putinə kələk gələ bilmədi - Moskva daha ermənilərin göz yaşına inanmır
- Paşinyan Rusiyaya gedib
- Paşinyan Ermənistanın İrandakı keçmiş səfirini özünə müşavir təyin edib
- Paşinyan Rusiya MN-ın demarkasiya təklifləri ilə razılaşır
- Paşinyanın məğlub imici Ermənistanı alçaldır
- Paşinyan oktyabrın 12-də Putinlə görüşəcək
- Paşinyanın "sağ əli" fərari çıxdı
- Paşinyan yenə biabır oldu - Video