Misir Mərdanov: “Yenidən namizədliyimi verəcəyəm”
16:02 11 İyun 2019
“Əlbəttə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna yenidən direktor seçilmək üçün namizədliyimi verəcəyəm”.
Bunu institutun səlahiyyət müddəti başa çatmış direktoru, sabiq Təhsil naziri Misir Mərdanov deyib.
O, direktor vəzifələrinin tutulması üçün seçkilərin keçirilməsi haqqında verilən elandan xəbərsiz olsa da, öz namizədliyini irəli sürəcəyini qeyd edib.
“Sizin direktor kimi səlahiyyət müddətiniz başa çatıb, hazırda iş başındasınızmı?” sualına cavabında M.Mərdanov “Başa düşmürəm, siz məni işdən çıxarmaq istəyirsiniz? Başqa harada olmalıyam?” – deyə bildirib.
O, səhhətinin normal olduğunu da əlavə edib.
Qeyd edək ki, bu il M.Mərdanovun 73 yaşı tamam olacaq.
Xatırladaq ki, namizədlərin irəli sürülməsinə dair müvafiq sənədlər (2 nüsxədə) iyulun 11-dək AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.
Femida.az
Oxunub: 551
Oxşar xəbərlər
- Misir Prezidentinin Azərbaycana səfəri planlaşdırılır
- Misirdə ağır yol qəzasında 12 nəfər ölüb, 40-a yaxın insan xəsarət alıb
- Misir ordusu Sinay yarımadasında 89 yaraqlını məhv edib
- Misirdə kütləvi dava zamanı azı 10 nəfər öldürülüb, xəsarət alanlar var
- Misirdə avtobus aşıb: 20 nəfər ölüb, 3 nəfər yaralanıb
- Misir Mərdanova yeni vəzifə verildi
- Misirdə binanın çökməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb
- Misirdə iki qatarın toqquşması nəticəsində 32 nəfər ölüb
- Misirdə bina çöküb, xeyli sayda insan ölüb
- Misir səfiri azərbaycanlı həmkarı ilə görüşüb