Zaqatalada bir tona yaxın narkotik məhv edilib


18:08     11 İyun 2019 19_06_11_1560257528.jpg

Zaqatala rayonunun Danaçı kəndinin ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Zaqatala RPŞ və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Danaçı kəndinin ərazisində yabanı halda bitən, çəkisi 780 kiloqram olan 1200 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 841