Göygöldə 15 yaşlı oğlan bıçaqlanıb


17:17     11 İyun 2019 bicaq23.jpg

Göygöldə bıçaqlanma hadisəsi olub.



Hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. Kənd sakini, 15 yaşlı Zülfüqar Zeynalov naməlum şəraitdə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan Z. Zeynalovun vəziyyətinin kafi qiymətləndirilir. Hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 265