Keçmiş məhkum Bakı Dəmiryolu Vağzalında tutuldu


17:58     11 İyun 2019 2019/06/15602-1560254939_1560260445.jpg

Daxili işlər orqanları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı Dəmiryolu Vağzalının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan paytaxt sakini, əvvəllər məhkum olunmuş A.Qasımovdan 20 qrama yaxın tiryək və 400 qram marixuana aşkarlanaraq götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Məmmədovdan 460 qram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 361