MTN generalının bacanağı məhkəmə zalından həbs edildi
19:43 11 İyun 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən M. Talıbov 4 il müdddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.
İttiham aktına əsasən, M.Talıbov qonşusu Amid Hüseynovun atasını həbsdən azad edəcəyi və onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədi verib. M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən, ümumilikdə, 30 min manat pul alıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Oxunub: 619
Oxşar xəbərlər
- MTN generalı özündən getdi, məhkəməyə təcili yardım çağırıldı
- MTN-in keçmiş əməkdaşı məhkəmədə ifadə verib
- MTN generalının məhkəməsinə jurnalistlər buraxılmayıb
- MTN generalı şikayətini geri götürüb
- MTN əməkdaşlarının məhkəmədə iştirakla bağlı ərizəsi təmin edilib
- MTN-in dövlətə xəyanətdə təqsirləndirilən şöbə rəisinin məhkəməsi başlayıb
- MTN generalı şikayətini geri götürdü
- MTN generalının bacanağı apellyasiya şikayəti verib
- MTN-nin sabiq əməkdaşı qadına görə öldürülüb
- MTN işində Əhəd Abıyev epizodu - Körpünün pulu necə oğurlanıb?!