Prezident Naxçıvanın səhiyyə işçilərini təltif edib


20:42     11 İyun 2019 19_06_11_1560268632.jpg

Prezident İlham Əliyev iyunun 11-də Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının səhiyyə sahəsində fərqlənən şəxslər də var.

Prezidentin sərəncamı ilə Məmmədov Azər Bağır oğlu “Əməkdar həkim”, Əliyeva Təranə Sabir qızı “Əməkdar tibb işçisi”, Cəfərov Rauf Mehralı oğlu isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə təltif olunublar.

Açar sözlər:

Oxunub: 423