Acunun əmisi millət vəkili oldu


18:55     03 Noyabr 2015 acunun_amcasi_milletvekili_olabildi_mi_1446483823_6094.jpg

Türkiyənin məhşur TV8 telekanalının rəhbəri Acun İlıcalının əmisi professor Mustafa İlıcalı Türkiyə Böyük Millət Məclisinə keçirilən təkrar seçkilərdə qalib gəlib.


Femida.az xəbər verir ki, parlament seçkilərində qalib gələn Mustafa İlıcalı Ərzurumda Ədalət və İnkişaf Partiyasını təmsil edəcək. Mustafa İlıcalı Bahçeşehir Universiteti Nəqliyyat mühəndisliyi fakültəsinin dekanıdır.

Qeyd edəki ki, Acun İlıcalı, "Yetenek Sizsiniz Türkiyə" proqramını 29 oktyabrda Ərzurumda etmişdi. Əmisinə dəstək olmaq üçün bir müddət ata ocağında qalmışdı

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 944


Oxşar xəbərlər