Xələfov: Gürcüstanla razılaşdırılmamış 13-ə qədər sahə var


22:21     11 İyun 2019 xelef%20xlefov.jpg

Keşikçi Dağı ilə bağlı Gürcüstanla danışıqlarımız davam edir.

Femida.az bildirir ki, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib:

"Gürcüstanla müəyyən sənədlər, yanaşmalar üzrə fikir ayrılıqları var. Razılaşdırılmayıb, ona görə ki, müəyyən sənədlər, yanaşmalar üzrə fikir ayrılıqları var, müxtəlif yanaşmalar var. Bunlar, əlbəttə ki, yaxınlaşdırılmalıdır, razılaşdırılmalıdır. Keşikçidağ da o razılaşdırılmamış sahələrə daxildir. Bilirsiniz ki, Sovetlər dövründə bütün respublikalar arasında inzibati sərhədlər var idi. İnzibati sərhədlərdə ölkələrin yaşayışını, bütün fəaliyyətini təmin edən sərhədlər var idi və hər kəs sərhədlərini bilirdi.

Lakin Sovet İttifaqı dağılandan sonra inzibati sərhədlər başqa status aldı. İndiki dönəmdə isə ölkələr sərhədlərin müəyyən edilməsinə dair sənəd imzalayır. Bunu da imzalamaq üçün komissiya hər bir sahəni razılaşdırmalıdır.

Biz qərara gəlmişik ki, bu həftə ekspertlərin yerlərdə görüşünü təşkil edək və görüşün nəticəsi olaraq iki ölkə arasında sərhədin müəyyənləşdirməsi ilə məşğul olan komissiyanın növbəti iclasının tarixini müəyyənləşdirək. Düşünürəm ki, iclas iyul-avqust aylarında ola bilər".

Femida.az

Açar sözlər:

Oxunub: 383