Saatlıda ağır qəza - Ata və iki oğlu xəsarət alıb

Saatlıda ağır qəza - Ata və iki oğlu xəsarət alıb


23:00     11 İyun 2019 2019/06/D2152CAC-34FA-4939-8A91-3DC1688B054A_1560279610.jpeg


Saatlı rayonunda baş verən avtoqəzada ata və 2 oğlu xəsarət alıb.

Femida.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə 21:30 radələrində Saatlı şəhərinin mərkəzində baş verib.

"VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə birincinin sürücüsü 1975-ci il təvəllüdlü Şirinov Zahir Əmirxan oğlu və onun iki oğlu - 2005-ci il təvəllüdlü Aqşin Şirinov və 2004-cü il təvəllüdlü Sübhan Şirinov müxtəlif dərəcəli xəsarətlər alaraq Saatlı rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Saatlı polisi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 270