4 nəfər liftdə qaldı


09:48     12 İyun 2019 lift9.jpg

Bakı şəhərinin Nizami və Yasamal rayonlarında ayrı-ayrı ünvanlarda üçü azyaşlı olmaqla 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.


Femida.az

Açar sözlər:

Oxunub: 321