Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin görüşü başladı


10:27     12 İyun 2019 2019/06/3763feff-a74b-44a8-9a88-8c1e0357c22c_1560320897.jpg

Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilir.


Femida.az xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. / Report

Femida.az

Açar sözlər: #müdafiə   #nazirlər  

Oxunub: 335