Azərbaycan aeroportlarından 5 ayda 1,85 milyon sərnişin istifadə edib


11:28     12 İyun 2019 19_06_12_1560324533.jpg


2019-cu ilin ilk beş ayı ərzində Azərbaycanın hava limanları 1,85 milyon sərnişinə xidmət göstərib.


Femida.az-ın məlumatına görə, bunun da 1,57 milyon nəfəri paytaxt aeroportu – Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 10 min sərnişin çoxdur.

Göstərilən müddət ərzində Bakının hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 649 min və 177 min sərnişin daşıyıb. Bakının hava limanında beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,36 milyon təşkil edib ki, bunun da 32,2 faizi AZAL-ın, 13 faizi “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54,8 faiz təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb. Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib.

Femida.az

Açar sözlər: #aeroport  

Oxunub: 405