Xəstəxanaya aparılırdı, yolda öldü

Xəstəxanaya aparılırdı, yolda öldü


14:03     12 İyun 2019 tecili_2747656766.jpg

İyunun 11-də saat 19 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini R.Kazımov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Vaqif Həsənovu vurub.


Femida.az-a verilən məlumata görə, nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 402