DİN Sumqayıtda baş verən qətllə bağlı açıqlama yaydı


14:46     12 İyun 2019 bicaq1.jpg

İyunun 11-də saat 4 radələrində Sumqayıt şəhəri ərazisindən Cəlilabad rayon sakini Faiq Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 4-cü Polis Bölməsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Nadirov saxlanılıb.

Faktla əlaqədar CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 340