Moskva qarışdı - Yüzlərlə polis hərəkətə keçdi-VİDEO

Moskva qarışdı - Yüzlərlə polis hərəkətə keçdi-VİDEO


18:11     12 İyun 2019 19_06_12_1560341988.jpg

Moskvada etiraz aksiyası keçirilib.


Femida.az xəbər verir ki, yüzlərlə etirazçı bir araya gələrək, həbs edilən jurnalist İvan Qolunova dəstək nümayiş etdirib. İcazəsiz aksiya olduğuna görə, polis nümayişçilərə müdaxilə edib. Azı 35 nəfər saxlanılıb. Onların arasında blogger Aleksey Navalnı və bir neçə jurnalist var.

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyindən araşdırmaçı-jurnalist İvan Qolunova qarşı irəli sürülmüş ittihamların geri çəkildiyi, onun azad olunacağı bildirilib. Bir neçə saat sonra isə İvan Qolunov sərbəst buraxılıb. O, narkotik ticarətində ittiham edilirdi. Lakin ittihamlar sübut olunmayıb.


Açar sözlər:

Oxunub: 299