Azərbaycan sülhməramlıları Əfqanıstana yollandı - VİDEO


16:44     12 İyun 2019 2019/06/e87ee487-30ec-4a02-aab4-4bad6c8d4519_1560343638.jpg


NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.



Femida.az

Açar sözlər: #NATO  

Oxunub: 561