DİN iş elanı verib
18:20 12 İyun 2019
Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan 7 tibb bacısı, 2 rentgen-laborant və 1 tibb qeydiyyatçısı vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Femida.az xəbər verir ki, müsabiqədə Azərbaycanın dövlət orta-ixtisas təhsil müəssisələrində tibb bacısı və ya feldşer ixtisası almış, yaşı 25-dən yuxarı olmayan, ixtisası üzrə azı 3 il praktik təcrübəyə malik, boyu 160 santimetrdən aşağı olmayan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu il iyun ayının 15-dən iyul ayının 15-dək http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin [email protected] ünvanına göndərməlidirlər.
Ətraflı məlumatı DİN-in saytından ala bilərsiz.
Oxunub: 481
Oxşar xəbərlər
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- DİN Vətən müharibəsi iştirakçısının qəzada ölməsi ilə bağlı məlumat yayıb
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib