Fransa separatçı Qarabağla bütün əlaqələri kəsir - Daha dörd “saziş” ləğv edildi


16:53     12 İyun 2019 19_06_12_1560344041.jpg

Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvil şəhəri ilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundakı Xocavənd rayonunun separatçıları arasında 22 oktyabr 2018-ci ildə imzalanmış qeyri-qanuni “saziş”i ləğv etməsindən sonra Qrenobl inzibati məhkəməsi də analoji qərar qəbul edib.


Fransa mətbuatı yazır ki, Qrenobl məhkəməsi Fransa bələdiyyələri ilə Dağlıq Qarabağın separatçı nümayəndələri arasında imzalanmış daha dörd “Dostluq haqqında xartiya”nın ləğvi barədə qərar verib.

Buna səbəb kimi həmin sənədlərin Fransanın xarici siyasəti ilə ziddiyyət təşkil etdiyi və heç bir qüvvəsi olmadığı göstərilir.

Qeyd edək ki, rəsmi Bakı Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvil şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan qeyri-qanuni “saziş”in ləğv olunmasına dair cari ilin 29 may tarixli qərarını alqışlayır.

Açar sözlər:

Oxunub: 415