İstehsalatda baş vermiş bədbəxt hadisələrdə 20 nəfər ölüb


18:32     12 İyun 2019 fehle.jpg


Bu ilin 5 ayı ərzində əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilən 45 nəfər öz əvvəlki işlərinə bərpa edilib, bu işçilər barəsində yol verilən qanun pozuntularının aradan qaldırılması təmin edilib.


Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov deyib.

Onun sözlərinə görə, müxtəlif orqanlardan daxil olan materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 224 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib.

Rəis müavini qeyd edib ki, törədilən inzibati xətalara görə Xidmətin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 764300 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub: "Dövr ərzində istehsalatla əlaqəli sayılan 88 bədbəxt hadisənin təhqiqatı aparılıb, 3-ü qrup halında olan bu hadisələr nəticəsində 20 nəfər ölüb, 73 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı nəticəsində 93 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub".

İ.Məmmədov əlavə edib ki, 5 ayı ərzində Xidmətin vəzifəli şəxsləri vətəndaşlardan daxil olan 3341 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatların göndərdiyi 2472 məktub və sorğunu araşdıraraq cavablandırıb. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 345