Ədliyyə nazirinin müavini Samuxda vətəndaşları qəbul edib
19:55 12 İyun 2019
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirir.
Femida.az xəbər verir ki, dövlətimizin başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 12-də Ədliyyə nazirinin müavini Vilayət Zahirov Samux şəhərində, Samux rayonundan, həmçinin ətraf şəhər və rayonlardan olan vətəndaşların qəbulunu keçirib.
Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Femida.az
Oxunub: 397
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib
- Ədliyyə xidmətləri mövzusunda onlayn brifinq keçirilib
- Ədliyyə naziri Kəlbəcərdəki hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
- Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib - FOTO
- Ədliyyə Nazirliyinin işçilərinin maaşlarına əlavələr ediləcək
- Ədliyyə işçiləri və könüllüləri ağacəkmə aksiyasına qoşulublar
- Ədliyyə və məhkəmə islahatlarının sahibkarların hüquqlarına təsirləri ilə bağlı videokonfrans keçirilib
- Ədliyyə nazirinin müavini tərəfindən verilən hesabat qəbul edildi
- Ədliyyə işçiləri və hakimlər Qarabağ Dirçəliş Fonduna 500 min manat köçürdü
- Ədliyyə orqanlarında işləmək istəyənlər imtahan verib