Yevlax və Ağcabədidə taxıl sahələri yanıb


22:11     12 İyun 2019 19_06_12_1560363106.jpg

Yevlax və Ağcabədidə taxıl sahələrində yanğın olub.
Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Ağcabədi rayonunun Xocavənd kəndində 1 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Yevlax şəhərinin Aran qəsəbəsində 0,07 ha biçilməmiş, 0,03 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub və yanğın söndürülüb.

Açar sözlər:

Oxunub: 377